“Təqaüdə çıxandan sonra Şuşada yaşayacam“ – Xalq artistibackend

“Təqaüdə çıxandan sonra Şuşada yaşayacam“ – Xalq artisti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əlbəttə, Şuşada yaşayacam. Şuşa işğal edilənə qədər hər yay evimizə gedib-gəlirdim. İndi də ən böyük arzum edir ki, qışı da, yayı da Şuşaya gedim. Oradakı evlərimiz, tarixi məkanlarımız bərpa olunacaq”.

İnterpress.az xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova Teleqraf.com-a müsahibəsi zamanı deyib. O, Şuşanın itirlməsinin şəxsi həyatına da təsir etdiyini bildirib:

“Mən təqaüdə çıxandan sonra həmişəlik Şuşada yaşayacam. Mədəniyyət sahəsində də nə lazımdırsa, edəcəm. Şuşa işğal edilən vaxt ailə həyatı qurmuşdum, valideynlərim xəstə idi. Tez-tez Şuşaya gedib-gəlirdim. Şəxsi həyatım alt-üst oldu. Həyat yoldaşım burada, mən orada yaşamaq istəmədim. Qayıtdım, gəldim. Biz belə ayrıldıq, başqa dava-dalaşımız olmadı. Dedim ki, valideynlərim xəstədir, mən onların yanında olmalıyam. Nə qədər gedim-gəlim. Bacılarımın məktəbi yarımçıq idi, hamımız paramparça olmuşduq. O zaman vəziyyət çox ağır idi, Allah bir daha heç kimə bunu yaşatmasın. İnanın ki, heç bilmədim, həyatım hardan gəldi, hara getdi. Ən yaxşı vaxtımda ora-bura qaçırdım”.

 

İnterpress.az