Türkiyə rəsmisi SDF üzvlərinin İran və ya İraqa keçə biləcəyini bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Suriyadakı Suriya Demokratik Qüvvələrinin (SDF) buraxılmasına qarşı çıxan bəzi döyüşçülərin İran və ya İraq ərazisinə keçə biləcəyini bildirib.
Çiftçinin sözlərinə görə, onların İrana keçməsi bu ölkədə mövqelərinin güclənməsinə səbəb ola və Tehran üçün təhlükə yarada bilər.
Çiftçi Türkiyə, Suriya, İraq və İran arasında regionda təhlükəsizlik məsələləri üzrə dördtərəfli əməkdaşlıq mexanizminin yaradılmasını təklif edib.
O, həmçinin Türkiyə, Gürcüstan və Azərbaycanın iştirakı ilə yeni nəsil mütəşəkkil cinayət qruplarına qarşı ayrıca əməkdaşlıq mexanizmi üzərində iş aparıldığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az






