Tərxis edilmiş şəxslərdən Müdafiə Nazirliyinə neçə müraciət daxil olub?backend

Tərxis edilmiş şəxslərdən Müdafiə Nazirliyinə neçə müraciət daxil olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən üç gün ərzində 782 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 102 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

 

İnterpress.az