Texasda meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilibbackend

Texasda meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Texas ştatının şimalındakı Panhandle qəsəbəsində fevralın 26-da başlayan meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Ştat rəsmiləri “Panhandle”də baş verən yanğınlar səbəbilə 5 minə yaxın sakinin təxliyə edildiyini və yanğın başlayandan bəri təxminən 240 min hektar ərazinin təsirləndiyini bildirib.

Səlahiyyətlilər yanğınların saatda 64-96 kilometr sürətlə əsən küləklər səbəbiylə bölgəyə sürətlə yayıldığını və görünməni azaldan tüstü səbəbindən bölgədə bir çox yolun nəqliyyata bağlandığını bildirib.

Texas qubernatoru Greg Abbott verdiyi açıqlamada fevralın 26-dan bəri davam edən meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.