“Tibbi sığorta haqqında” Qanununda dəyişiklik edildibackend

“Tibbi sığorta haqqında” Qanununda dəyişiklik edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

İnterpress.az bildirir ki, sənədə əsasən, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda 15-11.8-ci maddə aşağıdakı redaksiyada verilir:

“15-11.8. Bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan aksizli mallar üzrə sığorta haqqı həmin mallar vergi ödəyicisi tərəfindən istehsal edildikdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə, idxal edildikdə isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.3-cü maddəsi ilə müəyyən edilən vaxtda ödənilir.”;

16-4.4-1-ci maddədə “2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilir. Bu Qanunun 1.2-ci maddəsi 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Beləliklə, Bu Qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrində 15-28.3-cü və 15-28.4-cü maddələri 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Həmin maddələrdə isə aşağıdakılar nəzərdə tutulur:

– İlkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.

– Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.(azərtac)