Tom Kruz karyerasında ən böyük qonorarı alacaqbackend

Tom Kruz karyerasında ən böyük qonorarı alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud ulduzu Tom Kruzun “Top Gun: Maverick” filmindəki roluna görə, 100-200 milyon dollar arasında qonorar ala bilər.

İnterpress.az xəbər verir ki, aktyorun filmdən qazancı iki hissədən ibarət olacaq – çəkilişdə iştirak üçün birbaşa qonorar (13 milyon dollar), həmçinin filmin kassa gəlirlərinin əlavə faizi.

“Top Gun: Maverick” ABŞ prokatında birinci olub və 500 milyon dollar gəlir əldə edib. Blokbasterin dünya miqyasındakı gəliri isə milyard dollar həddinə yaxınlaşıb. Bu o deməkdir ki, Kruz 100-200 milyon dollar arasında gəlir əldə edəcək və bu, aktyorun karyerasında ən böyük qonorar olacaq.

Qeyd edək ki, filmin dünya premyerası 75-ci “Kann” Film Festivalında olub. Festivalda 59 yaşlı aktyor karyerasındakı nailiyyətlərinə görə xüsusi mükafata layiq görülüb.