Tornadolar ABŞ-ın 5 ştatında fəsadlar törədibbackend

Tornadolar ABŞ-ın 5 ştatında fəsadlar törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın daxili və cənub bölgələrindəki 5 ştatda ən azı 16 tornado baş verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Milli Meteorologiya Xidməti ötən gecə Luiziana, Kolorado, Kanzas, Nebraska və Oklahoma ştatlarında ən azı 16 tornado qeydə alındığını bildirib.

Yerli media indiyə qədər tornadolar nəticəsində ölən və ya yaralananların tapılmadığını, lakin bəzi yaşayış məntəqələrində evlərə və iş yerlərinə ciddi ziyan dəydiyini yazıb.

Meteorologiya rəsmiləri tornado, dolu, leysan yağış və sel kimi hava hadisələrinin həftə sonuna qədər davam edəcəyi ilə bağlı xəbərdarlıq edərək, vətəndaşlardan lazımi ehtiyat tədbirlərini görmələrini xahiş edib.