Tovuzda maşın aşdı: Xəsarət alanlar varbackend

Tovuzda maşın aşdı: Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Şamlıq kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Şamlıq kənd sakini, 2002-ci il təvəllüdlü Mustafayev Nağı Xalıxverdi oğlu, onun qardaşı, 1998-ci il təvəllüdlü Mustafayev Vüsal Xalıxverdi oğlu, Çataq kənd sakini, 2003-ci il təvəllüdlü Xəlilov Tanrıverdi Elxan oğlu və Yanıqlı kənd sakini, 1986-cı il təvəllüdlü Qarayev Gündüz Vaqif oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

İNTERPRESS.AZ