Trampdan İrana növbəti HƏDƏ: “Saziş xoşumuza gəlməsə, zərbə endirəcəyik”backend

Trampdan İrana növbəti HƏDƏ: “Saziş xoşumuza gəlməsə, zərbə endirəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp bildirib ki, İranla razılaşma qəti deyil və ABŞ-ın xoşuna gəlməsə, Respublikaya zərbə endirəcəklər.

İnterpress.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan və yaxın günlərdə imzalanması gözlənilən sazişin yekun xarakter daşımadığını bəyan edib.

Ağ Ev rəhbəri vurğulayıb ki, əgər müqavilənin şərtləri və gedişatı ABŞ-nin xoşuna gəlməzsə, Vaşinqton tərəddüd etmədən İslam Respublikasına qarşı hərbi zərbələr endirəcək.

Tramp bu açıqlaması ilə İran rəhbərliyinə növbəti dəfə kəskin xəbərdarlıq ünvanlayıb.

Prezident bildirib ki, saziş yalnız ABŞ-nin milli təhlükəsizlik maraqlarına tam cavab verdiyi təqdirdə qüvvədə qalacaq və hər hansı şübhəli fəaliyyət dərhal hərbi cavabla qarşılanacaq.

Xatırladaq ki, bundan əvvəl ABŞ və İran liderlərinin (Tramp və Xamenei) əldə etdiyi sazişin cümə günü imzalanacağı, lakin sənədin tam mətninin ictimaiyyətə açıqlanmayacağı bildirilmişdi.

Həmçinin rəsmi Vaşinqton yaxın müttəfiqi olan İsrailin sazişin məzmunu ilə tanış olmaq xahişini də rədd etmişdi.

Trampın bu son sərt bəyanatı beynəlxalq analitiklər tərəfindən sazişin rəsmi imzalanması ərəfəsində İrana qarşı yönəlmiş əlavə siyasi-psixoloji təzyiq cəhdi kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az