Trampın 100 gün ərzində etdiyi verdiyi vədlərlə üst-üstə düşmür – ŞƏRHbackend

Trampın 100 gün ərzində etdiyi verdiyi vədlərlə üst-üstə düşmür – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın ikinci dönəminin ilk 100 günü tamam oldu. ABŞ prezidenti Ukrayna-Rusiya münaqişəsini 24 saat ərzində dayandıracağını, sonradan isə problemi 100 günə qədər həll edəcəyini bildirmişdi. Trampın ilk 100 gününə nəzər saldıqda, əksər vədlərini hələ də yerinə yetirilmədiyini görürük.

Bu fikirləri İnterpress.az-a açıqlamasında hərbi jurnalist Səxavət Məmməd bildirib.

O, ABŞ prezidenti Donald Trampın ikinci dönəminin ilk 100 gününün uğursuz olduğunu vurğulayıb.

“Prezidentlərin seşki kampaniyası dönəmində verdiyi vədlərə baxmaq lazım idi. Trampın ən çox verdiyi vəd Rusiya-Ukrayna müharibəsi və dünyadakı sülhlə bağlı idi.

Artıq məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsində sülhü əldə edə bilməyib, hətta 24 saat ərzində bitirməyə söz vermişdi, amma bitirə bilmədi.

Bundan əlavə, Yaxın Şərqdə vəziyyət gərginləşdi və indi də Hindistan-Pakistan arasında münasibətlər tamamilə müharibə həddinə gəlib çatıb.

Bunun da səbəbi odur ki, Amerika ümumiyyətlə dünyada vasitəçilikdən, proseslərdən özünü kənara çəkir. Ona görə də ciddi bir qarışıqlıq var.

Bundan əlavə, Çinlə Amerika arasında müəyyən problemlər var və bu problemlər hələ də öz həllini tapmayıb.

Amerika prezidentlərinin 100 günlükləri çox önəmlidir. onlar buna görə hesabat verirlər. Amma biz bunu açıq şəkildə deyə bilərik ki, Trampın 100 gün ərzində etdiyi verdiyi vədlərlə üst-üstə düşmür. Onların heç birini edə biləməyib.

Düzdür, Tramp daha çox Amerikadaxili siyasət aparır, Amerikanı daxildən gücləndirmək, istehsalatı artırmaq, borclarını azaltmaqla bağlı siyasət həyata keçirir. Amma reallıq ondan ibarətdir ki, beynəlxalq aləmdə Amerikanın nüfuzu aşağı düşür. İstər Kanada və Qrelandiya ilə bağlı irəli sürdüyü fikirlər də hələ ki öz əksini tapmayıb.

Ona görə də amerikalılar özləri də Trampın 100 günlüyünü uğursuz dəyərləndirdilər. Hətta demokratlardan bir senator Trampın impiçment məsələsini ortaya atıb.

Düzdür, respublikaçıların sayı çoxdur deyə qəbul olmayacaq, amma hər halda Trampın 100 günlüyü ilə bağlı məsələ birmənalı deyil. Konkret olaraq desək, Trampın 100 günlüyü uğurlu deyil”, – hərbi jurnalist qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az