Peru transgenderləri rəsmi olaraq “ruhi xəstələr” kateqoriyasına aid edib.
İnterpress.az xəbər verir ki, bu barədə Peru Səhiyyə Nazirliyi məlumat verib. Trans insanlar indi Peru hökuməti tərəfindən ruhi xəstə sayılırlar.
Peru hökuməti rəsmi olaraq transseksual, qeyri-binar və interseks insanları “ruhi xəstə” kimi təsnif edib.
Mübahisəli qərar ölkənin ictimai səhiyyə xidmətlərinin trans icması üçün “psixi sağlamlıq üçün tibbi yardımın tam əhatə olunmasına” təminat vermək üçün qəbul edilib.
LGBTQ+ nəşri Pink News xəbər verir ki, fərman, trans və interseks insanların psixi pozğunluğunu əks etdirmək üçün Essentials Sağlamlıq Sığorta Planında dili dəyişdirəcək.
“Dəyişikliyə baxmayaraq, trans və digər LGBTQ+ insanlar konversiya müalicələrindən keçməyə məcbur edilməyəcəklər”, – səhiyyə nazirliyi bildirib.
Xuraman Etibarlı
İnterpress.az