Tunisdə 3 miqrant qayığı batıb: 3 ölü, 12 itkinbackend

Tunisdə 3 miqrant qayığı batıb: 3 ölü, 12 itkin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunisin cənub sahilində Avropaya keçməyə çalışan qeyri-qanuni miqrantları daşıyan 3 qayığın batması nəticəsində 3 nəfər ölüb, 12 nəfər isə itkin düşüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qayıqların Sfaks sahillərində batdığı bildirilib.

Batan qayıqlardan dənizə düşən 152 nəfərinj xilas edildiyi bildirilib, 2-si körpə olmaqla 3 nəfərin cəsədi tapılıb, itkin düşən 12 nəfərin axtarış-xilasetmə işlərinin davam etdirilir, 210 qeyri-qanuni miqrantın həyatını itirib.

Tunisdə aprel ayında artan nizamsız miqrasiya cəhdləri zamanı qayıqları batmış 210 qeyri-qanuni miqrantın cansız cəsədi tapılıb.

Hər il minlərlə Afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi üzərindən Avropaya çatmaq üçün Tunisə gəlir.