Turistlər sahilə çıxmış delfini əzərək ÖLDÜRDÜLƏR – VİDEObackend

Turistlər sahilə çıxmış delfini əzərək ÖLDÜRDÜLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anapada turistlər sahilə çıxan zəifləmiş delfini sığallayaraq öldürüblər.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Anapa şəhərində çimərlikdə istirahət edən turistlərin məsuliyyətsiz davranışı dəniz heyvanının faciəvi ölümü ilə nəticələnib.

Sahilə çıxan zəifləmiş afalina (delfin növü) nümayəndəsini görən turistlər onu sığallamağa, quyruğundan tutmağa, onunla şəkillər çəkdirməyə və heyvanı müstəqil şəkildə dənizə qaytarmağa çalışıblar.

Hadisə şahidlərindən birinin heyvana toxunmamaq və təcili xilasediciləri gözləmək barədə xəbərdarlıqlarına ərazidəki insanlardan heç kim məhəl qoymayıb.

Peşəkar xilasedicilər hadisə yerinə gələnə qədər yazıq delfin artıq tələf olub.

Mütəxəssislər ciddi şəkildə xəbərdarlıq edirlər ki, sahilə çıxan zəifləmiş və ya xəstə delfinlərə insanların toxunması qətiyyən yolverilməzdir.

Onların sözlərinə görə, bu cür kobud müdaxilə heyvanda kəskin stress yaradır və vəziyyətini daha da pisləşdirir.

Belə vəziyyətlərlə qarşılaşdıqda dərhal ixtisaslaşmış xilasedici briqadaları çağırmaq lazımdır.

Xuraman Etibarlı

İnterpress.аz