Nepalda Everest dağı yaxınlığında göyərtəsində 6 nəfərin olduğu helikopter itib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Səlahiyyətlilər bildiriblər ki, vertolyot çərşənbə axşamı yerli vaxtla saat 10:12-də 5 turist və bir pilotu daşıyan radardan itib.
Katmanduda yerləşən özəl şirkət Manang Air tərəfindən idarə olunan helikopter Nepalın şərqindəki dağlıq Solukhumbu bölgəsindən turistləri paytaxt Katmanduya aparıb.
Yerli mətbuatda çıxan ilk məlumatlara görə, helikopterdəkilərin hamısı meksikalıdır.