Ölkəmizdə bəzi turizm şirkətləri turpaketlərdən daha çox viza alveri ilə məşğuldurlar.
Bu barədə İnterpress.az-ın redaksiyasına bir qrup şikayətçidən daxil olan məlumatda deyilir.
Bildirilir ki, bu kimi şirkətlər konkret olaraq səfirliklərdəki öz adamları vasitəsilə viza ticarətini genişləndiriblər.
Qeyd edilir ki, onların tapşırıqlarına əməl edən adamları isə vətəndaşların viza sorğularını vaxtında cavablandırmır, gecikdirir və ya süründürməçiliyə salırlar. Onlar bu cür hallarla vətəndaşları guya asan əldə oluna biləcək viza ilə bağlı həmin şirkətlərin imkanlarından “yararlanmağa” cəlb edirlər.
Bununla yanaşı, onların tapşırıqlarına əməl edən adamları vasitəsilə vətəndaşlara viza almaq prosesində süni əngəllər yaradırlar.
Hətta çıxış yolu kimi həmin adamlar vətəndaşları turizm şirkətlərinə yönləndirlər və əsl faciə də elə buradan başlayır.
Bu işbazlar normalda rüsumu 150-200 manat olan turizm vizasını 500-1000-2500 dollara satırlar.
Bu isə ölkədə real turizm sahəsini çirkaba bulaşdırır, eyni zamanda insanlarda müəyyən narazılıqlar yaradır.
Bəzi səfirliklər var ki, onların əməkdaşları bəzi turizm şirkətləri ilə əlbir olaraq insanlarda müəyyən olunmuş standar rüsum əvəzinə qeyri-qanuni yollarla külli miqdarda rüşvət tələb edirlər.
Ümid edirik ki, aidiyyəti orqanlar da bu məsələ ilə bağlı ciddi tədbirlər görəcək və turizm sahəsində olan bu kimi nöqsanlar tam aradan qaldırırlacaq.
Mövzunu davam etdirəcəyik…