“Türk Ədəbiyyatı” jurnalının fevral sayı Türkoloji Qurultayın 100 illiyinə həsr olundubackend

“Türk Ədəbiyyatı” jurnalının fevral sayı Türkoloji Qurultayın 100 illiyinə həsr olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Ədəbiyyatı Vəqfinin 55 illik ədəbi nəşri olan “Türk Ədəbiyyatı” jurnalının 1926-cı ildə Bakıda keçirilmiş ilk Türkoloji Qurultayın 100-cü ildönümünə həsr edilən fevral sayı işıq üzü görüb.

Bu barədə məlumatı jurnalın baş redaktoru, yazıçı və tərcüməçi İmdat Avşar verib.

Baş redaktor jurnalın girişində yer alan “Hasbihal” bölümündə 1926-cı ildə keçirilmiş Türkoloji Qurultayın tarixi əhəmiyyətindən, Türk dünyasının ədəbi, mədəni və tarixi əlaqələrindən bəhs edib, eləcə də nömrədə dərc olunan yazılar haqqında oxuculara geniş məlumat təqdim edib.

İmdat Avşarın sözlərinə görə, özəl buraxılışda Türk dünyasının ortaq əlifba axtarışları yalnız akademik müstəvidə deyil, həm də ortaq yaddaş, birlik və bərabərlik ideyaları çərçivəsində araşdırılıb, bu düşüncənin zamanla keçirdiyi mərhələlər və qırılmalar təhlil olunub.

Nəşrdə Osman MertNizami CəfərovAbuzər BağırovVilayət QuliyevŞükrü Haluk Akalın və Nevzat Özkanın müxtəlif mövzuları əhatə edən maraqlı məqalələri yer alıb.

Bundan başqa, İmdat Avşarın Anar ilə müsahibəsi də jurnalın diqqətçəkən materialları sırasındadır.

Fevral sayında həmçinin İnci OkumuşGonca Yılmaz HatunoğluAzize ÜzelKoray Kök və Mustafa Ruhi Şirinin şeirləri oxuculara təqdim olunub.

Baş redaktor bildirib ki, Qurultaya həsr olunan yazıların ikinci hissəsi jurnalın mart sayında dərc ediləcək.

Sonda jurnalın yaradıcı heyətinə və uzun illər Türk dünyasına, xüsusilə Azərbaycan ədəbiyyatına xidmət göstərən İmdat Avşara uğurlar arzulanıb.