Türk qardaşlarımıza Bakıdan humanitar yardım aksiyası təklif olunurbackend

Türk qardaşlarımıza Bakıdan humanitar yardım aksiyası təklif olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə zəlzələdən əziyyət çəkən insanlar üçün Azərbaycan xalqı tərəfindən humanitar yardımın təşkili təklif olunur.

İnterpress.az xəbər verir ki bu təkliflə politoloq Asif Nərimanlı çıxış edib.

“Türkiyədə dağıntılar dəhşətlidir, minlərlə insan soyuq hava şərtlərində çətin vəziyyətdə qalıb. Türkiyə dövləti vətəndaşlarını darda qoymayacaq, Azərbaycan dövləti də qardaş ölkəyə əlindən gələni edəcək.

Amma biz də xalq olaraq yardım edə bilərik: pul, yaxud zəlzələ bölgəsinə göndərilməsi üçün zəruri əşyalar toplayıb Türkiyənin Azərbaycandakı səfirliyinə vermək olar;

Azərbaycanda bu humanitar yardımı təşkil edə biləcək insanlarımız var, – o bildirib.