Türkiyə Avropa Birliyində hazırkı “dönər kababı” QADAĞAN EDƏCƏKbackend

Türkiyə Avropa Birliyində hazırkı “dönər kababı” QADAĞAN EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Avropa Birliyində hazırkı “dönər kababını” qadağan etmək istəyir.

İnterpress.az xəbər verir ki, bu barədə “Bild” yazıb.

Üç il əvvəl İstanbuldakı Udofed Beynəlxalq Dönər Birliyi dönərin bəzi milli xörəklərin hazırlanma qaydasını qoruyan statusu olan “qorunan ənənəvi yemək” kimi qeydiyyata alınması üçün Aİ-yə müraciət edib.

Məsələ burasındadır ki, müraciətdə qeyd olunan resept Avropa İttifaqında və xüsusən də dönərə böyük tələbat olan Almaniyada yayılmış reseptlərdən fərqlənir.

“Əgər AB Türk dərnəyinin müraciətini qəbul edərsə, bu, faktiki olaraq Almaniyada dönərin hazırkı formasında qadağan edilməsi demək olardı. Alman dönər restoranlarının 80-90%-i artıq öz məhsullarını “dönər” adlandıra bilməyəcək”, – “Dönər – Türk-Alman Kültür Tarixi” kitabının müəllifi Eberhard Zaydel deyib.

Almaniyada gündəlik 400 ton dönər istehsal olunur və onun istehsalı və satışı 60 minə yaxın insanın məşğulluğunu təmin edir.

AB ərizəni təsdiq edərsə, AB daxilində bütün dönərlər ciddi şəkildə Udofed-dən qorunan reseptə əsasən hazırlanmalıdır. Almaniya bu səbəbdən Türkiyənin müraciətinə etiraz edib.

Sonrakı məsləhətləşmələr və danışıqlar razılığa gətirib çıxarmayıb. Almaniya hökuməti ilə Beynəlxalq Dönər Assosiasiyası arasındakı mübahisəni Avropa Komissiyası həll etməlidir.

Hazırda o, Türkiyə tərəfdən danışıqların yekunlaşması ilə bağlı hesabat gözləyir.

Türkiyə tələbləri dana və hinduşka ətinin istifadəsini, müxtəlif marinadlar və sousları, eləcə də 55 sm-lik bıçaqlar əvəzinə elektrik ət dilimləyicilərini qadağan edir ki, bu da yemək prosesini əhəmiyyətli dərəcədə uzadır.

Udofed öz resept tələblərində israr etməyə davam edərsə, Avropa Komissiyasının bir neçə variantı var. O, dönər kababını Udofed-in tələb etdiyi formada qeydiyyatdan keçirə, ərizəçidən tələblərinin dəyişdirilməsini tələb edə və ya ərizəni tamamilə rədd edə bilər.

Xuraman Etibarlı

İnterpress.az