Türkiyə ballistik raketini ikinci dəfə sınaqdan keçiribbackend

Türkiyə ballistik raketini ikinci dəfə sınaqdan keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Tayfun” yerli ballistik raketinin ikinci sınaq atışı Rizə-Artvin hava limanından uğurla həyata keçirilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Rize-Artvin Hava Limanı daha bir tarixi gününü yaşayıb. Roketsan tərəfindən hazırlanan Tayfun “Qısa Mənzilli Ballistik Raket” (SRBM) sisteminin ikinci sınaq buraxılışı da bu bölgədən həyata keçirilib.

Tayfunun ilk sınaq çəkilişi 22 oktyabr 2022-ci ildə Rizə-Artvin hava limanında edilib.