Türkiyə-Ermənistan münasibətləri fərqli müstəvidə: “Geosiyasi mənzərə dəyişəcək”backend

Türkiyə-Ermənistan münasibətləri fərqli müstəvidə: “Geosiyasi mənzərə dəyişəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hesab edirəm ki, iki tərəf arasında dialoqların intensivləşməsi üçün Rusiya da mühüm rol oynayacaq”.

Bunu Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşacağı ilə bağlı proqnozları dəyərləndirən politoloq Elman Vəliyev İnterpress.az-a açıqlamasında deyib.

Politoloqa görə, Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırması həm İrəvan, həm də beynəlxalq aləmdə uğurlu olacaq:

“Artıq bölgənin geosiyasi mənzərəsi tamam fərqlidir. Ermənistan etnik qrupu arasında Rusiya əleyhinə nifrətlər yaranıb. Onlar yaxşı anlayırlar ki, illərdir Ermənistanı kimlər müharibəyə təhrik edir, kimlər sülh kontekstində yanaşma nümayiş elətdirir. Ermənistan Türkiyə ilə vəziyyəti yeni arenaya çəkə bilsə, bu, onun üçün daha uğurlu olacaq. Hesab edirəm ki, iki tərəf arasında dialoqların intensivləşməsi üçün Rusiya da mühüm rol oynayacaq.

Üç qonşu dövlətin bir arenada əməkdaşlıq etməsi həm iqtisadi, həm də siyasi cəhətdən bölgənin geosiyasi mənzərəsini dəyişəcək. Azərbaycan birbaşa Naxçıvanla, Türkiyə ilə əlaqə saxlamaq imkanına malik olacaq. Eyni zamanda Ermənistan da İranla, Rusiya ilə Azərbaycan ərazilərindən istifadə edərək gediş-gəlişi təmin edəcək.

Həmçinin Türkiyə tərəfinin irəli sürdüyü  3+3 formatının müzakirə edilməsi və bu istiqamətdə müsbət addımların atılması region üçün olduqca önəmlidir. Bu formatın ilk müzakirəsi Moskvada keçirildi və deyə bilərəm ki, müəyyən qədər uğurlu oldu. Növbəti görüşlərin hər hansı birinin Türkiyədə olmasını və Ermənistan nümayəndələrinin də iştirak edəcəyini istisna etmirəm”.

Gülşən