Türkiyə İraqın şimalında terrorçulara məxsus 58 hədəfi bombalayıbbackend

Türkiyə İraqın şimalında terrorçulara məxsus 58 hədəfi bombalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Milli Müdafiə Nazirliyi 1-2-3 oktyabr tarixlərində İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində hava əməliyyatı keçirildiyini açıqlayıb.

İnterpress.az xəbər verir ki, əməliyyatlar nəticəsində ümumilikdə 58 terrorçu hədəfi məhv edilib.

Qeyd edilib ki, vurulan hədəflər PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD terror təşkilatlarına məxsusdur.

“Bu çərçivədə terrorçuların istifadə etdiyi mağaralar, bunkerlər, sığınacaqlar və anbarlardan ibarət 58 hədəf uğurla məhv edilib”, – deyə nazirlikdən bildirilib.