Türkiyə Qara dənizdə ilk dəfə geoloji kəşfiyyat işlərinə başlayıbbackend

Türkiyə Qara dənizdə ilk dəfə geoloji kəşfiyyat işlərinə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Fatih” qazma gəmisi Qara dənizdə ilk dəfə olaraq geoloji kəşfiyyat işlərinə start verib.

İnterpress.az-ın məlumatına görə, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez “Twitter” səhifəsində yazıb.

Nazir qeyd edib ki, “Fatih” Türkiyə xalqının dəstəyi ilə Qara dənizdəki “Tuna-1” sahəsində qazma işlərinə başlayıb: “Enerji müstəqilliyinə nail olmaq üçün dənizlərimizin hər kvadrat metrində işlər aparılacaq. Orada bir şey varsa, mütləq tapacağıq”.

Xatırladaq ki, bundan öncə “Fatih” gəmisinin Qara dənizdə geoloji kəşfiyyat işlərinə iyulun 15-də başlayacağı gözlənilirdi.

 

İnterpress.az