Türkiyə, Rusiya və Suriya nümayəndə heyətləri yaxın günlərdə danışıqlar aparacaqbackend

Türkiyə, Rusiya və Suriya nümayəndə heyətləri yaxın günlərdə danışıqlar aparacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, Rusiya və Suriyanın hərbi nümayəndə heyətləri yaxın vaxtlarda texniki səviyyədə danışıqlar aparacaq.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

“Yaxın günlərdə nümayəndə heyətlərimiz texniki səviyyədə danışıqlar aparacaq. Nəticə əldə etmək üçün çox çalışırıq” – deyə, o bildirib.

2022-ci il dekabrın 28-də Moskvada Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri arasında məsləhətləşmələr keçirilib.

Onların ardınca, güman ki, fevralın birinci yarısında üç dövlətin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Nazirlərin gündəliyində Suriya və Türkiyə prezidentləri Bəşər Əsəd və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar məsələsi olacaq.