Türkiyə Ankara ilə Dəməşq arasında əldə olunan razılaşmanın təfərrüatlarını açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyə Suriya hökumət ordusunun şəxsi heyətinin hazırlanmasına, eləcə də hərbi texnika və silah sistemlərinin tədarükünə yardım göstərəcək.
Bu, iki ölkənin müdafiə nazirlikləri arasında imzalanmış memorandum çərçivəsində nəzərdə tutulub.
Türkiyə Müdafiə Nazirliyindəki mənbənin verdiyi məlumata görə, Ankara Suriyaya terrorizmə qarşı mübarizədə və müdafiə-təhlükəsizlik potensialının gücləndirilməsində dəstəyini davam etdirəcək.
Xuraman Etibarlı
İnterpress.az