Sakaryanın Akyazı rayonundan həyat yoldaşı ilə həcc ziyarətinə gedən qadın xəstəlik səbəbindən aparıldığı xəstəxanada dünyasını dəyişib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Altındere Gündoğan səmtində yaşayan Osman və Cahide Ağırman (71) cütlüyü həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpaqlara gedib.
Ərəfatdan qayıtdıqdan sonra xəstələnən Cahide Ağırman Məkkədə xəstəxananın reanimasiya şöbəsində müalicə olunub.
Vəziyyəti pisləşən yaşlı qadını müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Cənazəsi müqəddəs torpaqlarda torpağa tapşırılan Cahide Ağırman üçün Altındərə Məhəlləsi Köhnə Konak məscidində qiyabi cənazə namazı qılınıb.






