Türkiyə XİN rəhbəri Qətərə SƏFƏR EDƏCƏKbackend

Türkiyə XİN rəhbəri Qətərə SƏFƏR EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə XİN rəhbəri strateji tərəfdaşlığın gücləndirilməsi üçün Qətərə səfər edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan 13-14 avqust tarixlərində rəsmi səfərlə Qətərdə olacaq.

Türkiyə XİN-in məlumatına görə, danışıqlarda strateji tərəfdaşlığın möhkəmləndirilməsi, regional məsələlər və noyabrda Dohada prezident Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Şeyx Təmim bin Həməd Al-Taninin sədrliyi ilə keçiriləcək 11-ci Yüksək Strateji Komitə iclasına hazırlıq müzakirə olunacaq.

Görüşlərdə, həmçinin Qəzza sektorunda vəziyyətin nizamlanmasına dair səylərin koordinasiyası xüsusi diqqət mərkəzində olacaq.

Bundan başqa, nazirlər Suriyada sabitliyin təmin olunması üzrə birgə layihələri və “xarici oyunçuların, o cümlədən İsrailin, ölkənin sabitləşmə prosesinə müdaxiləsinin qarşısını almaq üçün tədbirlər”i müzakirə edəcəklər.

Xuraman Etibarlı

İnterpress.az