Türkiyə yeni quru əməliyyatına bu tarixdə BAŞLAYA BİLƏRbackend

Türkiyə yeni quru əməliyyatına bu tarixdə BAŞLAYA BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Suriyanın şimalında yeni quru əməliyyatına hazırlaşır.

 

əməliyyatın sabah başlanması gözlənilir.

 

Türkiyə ordusunun bir neçə istiqamətdə Suriyaya daxil olması gözlənilir. Əsas müdaxilənin Əzaza və Tel-Abayad şəhərlərindən başlanması gözlənilir.

Məqsəd özünü “Suriya demokratik qüvvələri” kimi təqdim edən PKK-nın Suriya qanadının Türkiyə ordusu və Suriya müxalifətinə hücumlarının qarşısını almaqdır. Əməliyyat çərçivəsində Kobani şəhərinin də nəzarətə alınması planlaşdırılır.

 

Bu gün Tel-Abayad yaxınlığında PKK mövqelərinə pilotsuz uçuş aparatı ilə endirilən hava zərbəsi zamanı təşkilatın 4 üzvünün öldüyü də məlum olub.

 

Əməliyyata 25 min türk hərbçisi ilə yanaşı, Suriya müxalifətinin 10 min nəfərdən ibarət şəxsi heyətinin cəlb edilməsi də planlaşdırılır.