Türkiyədə ötən il canlı doğulan körpələrin sayı 1 milyon 35 min 795 olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Körpələrin 51,4 faizi oğlan, 48,6 faizi isə qız uşağı olub. Ümumi doğuş əmsalı 1,62 uşaq olub.
Buna görə 2022-ci ildə diri doğulan körpələrin sayı 1 milyon 35 min 795 olaraq qeyd edilib. Ötən il diri doğulan körpələrin 51,4 faizi oğlan, 48,6 faizi isə qız olub.
Bir qadının münbit dövründə (15-49 yaş qrupu) dünyaya gətirə biləcəyi uşaqların orta sayını ifadə edən “ümumi doğuş əmsalı” 2001-ci ildə 2,38 uşaq, 2022-ci ildə isə 1,62 uşaq olub. Bu, məhsuldarlığın əhalinin yenilənmə səviyyəsindən 2,10 aşağı qaldığını göstərib.