Türkiyədə 28 ölkə zəlzələ zonasında 30 səhra xəstəxanası yaradıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Kahramanmaraşdakı zəlzələlərdən sonra 28 ölkə xarici nümayəndələrin koordinasiyası ilə zəlzələ bölgəsində 30 səhra xəstəxanası qurub.
İndiyədək Türkiyəyə 130 min çadır, 1168 yaşayış konteyneri və 1676 səyyar gigiyena qurğusu gətirilib.