İzmirdə antikorrupsiya əməliyyatı: Bələdiyyə sədrləri rüşvət ittihamı ilə SAXLANILDIbackend

İzmirdə antikorrupsiya əməliyyatı: Bələdiyyə sədrləri rüşvət ittihamı ilə SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə irimiqyaslı korrupsiya əməliyyatında Seferihisar və Balçova bələdiyyə sədrləri daxil olmaqla 24 nəfər saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Türkiyədə həyata keçirilən irimiqyaslı antikorrupsiya araşdırmaları çərçivəsində aralarında İzmirin Seferihisar və Balçova rayonlarının bələdiyyə sədrləri İsmail Yetişkin və Onur Yiğit də daxil olmaqla, ümumilikdə 24 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İstintaqın ilkin ehtimallarına görə, şübhəli şəxslər qanunsuz tikinti icazələrinin verilməsi və ərazilərin zonalaşdırılması ilə bağlı qərarların qəbulu müqabilində nağd şəkildə və bank köçürmələri vasitəsilə külli miqdarda rüşvət alıb və ötürüblər.

Cinayət işinin materiallarında həmçinin 31 mart 2024-cü ildə keçirilmiş bələdiyyə seçkiləri ərəfəsində həyata keçirilmiş qanunsuz maliyyə əməliyyatları və seçki kampaniyalarının qeyri-qanuni maliyyələşdirilməsi epizodları da yer alır.

Hazırda prokurorluq və xüsusi istintaq idarəsi tərəfindən şübhəli şəxslərin bank hesabları, əmlakları və xidməti fəaliyyətləri yaxından yoxlanılır.

Saxlanılan şəxslərin məhkəmə qarşısına çıxarılacağı və onları ağır həbs cəzasının gözlədiyi bildirilir.

Türkiyə Daxili İşlər Nazirliyi ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini bəyan edib.

Xuraman Etibarlı

İnterpress.az