Türkiyədə balıq ölümləri ilə bağlı araşdırma başladılıbbackend

Türkiyədə balıq ölümləri ilə bağlı araşdırma başladılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hatayın İskenderun mahalı sahillərində balıq ölümləri müşahidə edildikdən sonra araşdırma başladılıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

İskəndərun çimərliyində çoxlu ölü balıq görən vətəndaşlar vəziyyəti səlahiyyətlilərə xəbər verib.

Kənd Təsərrüfatı və Meşə İl Müdirliyi qrupları balıq ölümləri ilə əlaqədar iş başladıb.

Onlar balıq və sudan nümunələr götürüb. Hatay Balıqçılıq Kooperativləri Birliyi Başçısı Cəlal Bilən torlara düşən balıqların torların sudan çıxarılmaması səbəbindən ölmüş ola biləcəyini qiymətləndirdiklərini söyləyiblər.