Türkiyədə dəhşətli QƏZA: İki turist paraşütlə 50 metr hündürlükdən yerə ÇIRPILDI – VİDEObackend

Türkiyədə dəhşətli QƏZA: İki turist paraşütlə 50 metr hündürlükdən yerə ÇIRPILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəmərdə paraşütlə tullanarkən iki turist hündür dirəyə ilişdikdən sonra yerə yıxılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Türkiyədə Antalyanın məşhur Kəmər (Kemer) kurort bölgəsində turistlərin ağır yaralanması ilə nəticələnən dəhşətli bədbəxt hadisə baş verib.

“Queen’s Park” otelinin çimərlik zonasında paraşütlə dəniz gəzintisinə çıxan iki turistin qoşa paraşüt trosu sahildəki yüksək dirəyə ilişib.

Zərbənin və trosun qopmasının təsirindən turistlər təxminən 50 metr hündürlükdən sürətlə yerə çırpılıblar.

Hadisə şahidlərinin sözlərinə görə, əraziyə dərhal təcili tibbi yardım çağırılıb və həkimlər gələn zaman zərərçəkənlərdən biri artıq huşsuz vəziyyətdə olub.

Ağır xəsarət alan hər iki turist dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda yerli polis tərəfindən çimərlikdəki əyləncə mərkəzində texniki təhlükəsizlik qaydalarının pozulması faktı üzrə araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.аz