Türkiyədə Muğlanın Fethiye mahalı sahillərində lövbər salan quru yük gəmisində baş verən partlayışda yaralanan 4 nəfər xəstəxanaya aparılıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Fethiye körfəzindəki Knight Island qarşısında lövbər salan Serenity Ac adlı 75 metr uzunluğundakı quru yük gəmisində hələ naməlum səbəbdən partlayış baş verib.
Hadisə yerinə Sahil Təhlükəsizlik Ümumi Müdirliyi, Sahil Təhlükəsizlik və dəniz polis qüvvələri cəlb edilib.
Partlayışda yaralanan 4 nəfər Sahil Təhlükəsizlik botu ilə Fethiye Limanında gözləyən sağlamlıq qruplarına aparılıb.
Rayondakı xəstəxanalara çatdırılan yaralılardan birinin vəziyyətinin ağır olduğu öyrənilib.