Türkiyədə aparılan peyvənd kimi araşdırmalar nəticəsində hepatit A və kəskin hepatit B xəstəliyinə yoluxma halları əhəmiyyətli dərəcədə azalıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Hepatit A və Hepatit B-nin kəskin formalarına yoluxma hallarının əhəmiyyətli dərəcədə azalmasına nail olunub. Türkiyədə 98 faizə qədər peyvəndləmə göstəriciləri yeni nəsil üçün daha sağlam həyata atılan çox ciddi addımdır.
ÜST və Səhiyyə Nazirliyinin rəhbərliyi ilə Türkiyə daxilində həm əhali, həm də səhiyyə işçiləri üçün maarifləndirmə işləri aparılır.