Türkiyədə kişi 2 milyon lirə (134,800 manat) pulu alış-veriş etdiyi bazarda itirib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Hadisə Ərzincanda yerləşən bazarda baş verib.
Kassir pulla dolu çantanı sahibinə çatdırıb. Ərzincan Merkez Taksim səmtində kassir işləyən Ayşenur Qorxmaz müştərinin çantasını marketdə unutduğunu anlayıb.
Müştəriyə çata bilməyən qadın çantanı təhlükəsiz yerdə gizlədib.
İçində 2 milyon lirə (134,800 manat) olan çanta polisin müşayiəti ilə sahibinə təhvil verilib.
Çantanı unudan vətəndaş təşəkkür edib və hesabdan sonra çantasını götürüb.