Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 24,66 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 54,63 faiz səslə öndədir.
“İnterpress.az” xəbər verir ki, ikinci yerdə 39,39 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,42 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Parlament seçkilərində, ilkin nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası 45,55 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 16,04 faiz, Milliyyətçi Hərəkat Partiyası 14,43 faiz, İYİ Partiya 7,73 faiz, Yaşıl Sol Partiya 7,76 faiz səs toplayıb.