Türkiyədə intensiv yağışlardan sonra meydana gələn sel nəticəsində ölənlərin sayı daha bir nəfər artıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, təbiət hadisəsi nəticəsində həlak olanların sayı 17-yə çatıb.
Daha 3 nəfərin isə axtarışları davam etdirilir.
Xatırladaq ki, sel Adıyaman və Şanlıurfa şəhərlərini əhatə edir.