Türkiyədə “Turkovac” istifadəyə verilibbackend

Türkiyədə “Turkovac” istifadəyə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə gücləndirici doza kimi təsirsiz hala gətirilən “Turkovac” koronavirus peyvəndinin tətbiqi ilə bağlı araşdırmalara başlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ankara Şəhər Xəstəxanasının baş həkimi, tədqiqat koordinatoru İhsan Atəş bildirib.

“Türkovac” peyvəndi azı 90 gün əvvəl “Pfizer” və “BioNTech”dən peyvəndinin iki dozasını alanlar qəbul edəcək”.

“Turkovac” peyvəndi Erciyes Universiteti tərəfindən Türkiyənin Səhiyyə Nazirliyi yanında Xalq Sağlamlığı İnstitutu ilə əməkdaşlıq şəraitində hazırlanıb. Nazirlik 2021-ci il dekabrın 22-də onun ölkədə fövqəladə istifadəsinə icazə verib.