Türkiyədə uşaqları diləndirən dəstə ələ keçdi: 68 uşaq xilas edildibackend

Türkiyədə uşaqları diləndirən dəstə ələ keçdi: 68 uşaq xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərində uşaqları diləndirən cinayətkar qrupa qarşı əməliyyat keçirilib.

“Milliyet” xəbər verir ki, suriyalılardan ibarət qrup ölkələrindəki ailələrinin uşaqlarını kirayəyə götürərək, qaçaq yolla Türkiyəyə gətiriblər.

Məlum olub ki, həmin şəxslər qanunsuz yollarla Türkiyəyə gətirdikləri uşaqları müxtəlif ünvanlarda zorla saxlayaraq, dilənməyə məcbur ediblər.

Polisin doqquz ünvanda keçirdiyi əməliyyat nəticəsində 68 uşaq xilas edilib, 24 nəfər nəzarətə götürülüb.

Araşdırma davam etdirilir.

 

İnterpress.az