Türkiyədə yanğını söndürərkən 10 nəfər ÖLDÜbackend

Türkiyədə yanğını söndürərkən 10 nəfər ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eskişehirdə baş verən yanğın söndürülərkən 10 nəfər ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyənin mərkəzindəki Eskişehirdə meşədə güclü yanğın baş verib. Küləyin təsiri ilə yanğın sürətlə yayılaraq yaşayış məntəqələrini təhdid edib.

Yanğının söndürülməsi zamanı 10 meşə işçisi və könüllü yanğında sıxışaraq mağaraya sığınıb və dünyasını dəyişib.

Qonşu Afyonkarahisar rayonunun Sarıkaova kəndi yanğınla əlaqədar boşaldılıb. Xilasetmə xidmətləri işlərini davam etdirir, yanğının səbəbləri araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az