Türkiyədə yeni qərar: hökumət zəlzələ bölgəsinə qayıdanların yol xərcini qarşılayacaqbackend

Türkiyədə yeni qərar: hökumət zəlzələ bölgəsinə qayıdanların yol xərcini qarşılayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə zəlzələ bölgəsinə qayıtmaq istəyənlər üçün rahatlıq yaradılıb.

İnterpress.az xəbər verir ki, fəlakətdəm zərər çəkənlərə gedib-gəlmək üçün yol xərcləri ödəniləcək.

Məlumata görə, fəlakət bölgəsinə öz avtomobilləri ilə qayıtmaq istəyənlər ilk olaraq öz yerlərində Qubernator və Kaymakamlar tərəfindən yaradılan məntəqələrə müraciət edəcəklər.

Daha sonra getdikləri müraciət nöqtələrinə gəldiklərini bildirərək yol xərclərini ala biləcəklər.

Fəlakət bölgəsindən qayıtmaq istəyənlər yenidən yol xərci sənədi verib, xərclərini ala biləcəklər.

Bilet alanlara biletin pulu ödəniləcək

Fəlakət bölgəsinə avtobus, mikroavtobus, hava və dəmir yolu kimi ictimai nəqliyyat vasitələri ilə çatmaq mümkün olacaq.

Avtobus biletini özü alanlara bilet haqqı ödəniləcək.

Ödənişlər şəxsiyyət vəsiqəsinin nömrəsi ilə Ziraat Bankı vasitəsilə həyata keçiriləcək.