Türkiyədə yoxlanılan kosmetik məhsulların yarısından çoxu KEYFİYYƏTSİZ ÇIXDIbackend

Türkiyədə yoxlanılan kosmetik məhsulların yarısından çoxu KEYFİYYƏTSİZ ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə onlarla təhlükəli və keyfiyyətsiz kosmetik vasitə aşkarlanıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyə Səhiyyə Nazirliyi aprel-iyun ayları ərzində kosmetik məhsulların yoxlanılmasının nəticələrini açıqlayıb.

Müfəttişlər tərəfindən yoxlanılan 95 adda məhsuldan 50-sinin standartlara cavab vermədiyi, 4-nün isə insan sağlamlığı üçün birbaşa ciddi təhlükə yaratdığı müəyyən edilib.

Qayda pozuntusuna yol verən istehsalçılara ümumilikdə 11,75 milyon türk lirəsi (təxminən 620 min manat) məbləğində cərimə tətbiq olunub.

Eyni zamanda antiseptiklər və antibakterial sabunlar kimi biosid məhsulların yoxlanılması zamanı 31 nümunədən 8-i sağlamlıq üçün təhlükəli hesab edilib, digər 11 məhsul isə tələblərə cavab verməyib.

Təhlükəli məhsullar dərhal satışdan çıxarılaraq məhv edilib və əlavə olaraq 3,35 milyon lirə (təxminən 177 min manat) məbləğində cərimə kəsilib.

Nazirlik istehlakçıları şübhəli internet mağazalarından və sosial şəbəkələrdən kosmetika almamağa, yalnız rəsmi və rəsmən yoxlanılmış satış məntəqələrinə üstünlük verməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.аz