Türkiyədə Muğla vilayətinin Ula rayonunda qayalara çırpılan yük maşınının sürücüsü həyatını itirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. 24 yaşlı Fırat Özcanın idarə etdiyi, nömrəsi hələ öyrənilməyən plastik material yüklü yük maşını çölə çıxıb. İdarədən çıxan və qayalara çarpdıqdan sonra parçalanıb.
Avtomobildə ilişib qalan sürücü yanğınsöndürənlər tərəfindən çətinliklə olduğu yerdən çıxarılıb. 112 Təcili Tibbi Yardım qrupları tərəfindən aparılan yoxlama zamanı sürücünün öldüyü müəyyən edilib.
Müayinədən sonra sürücünün cəsədi Muğla Ədliyyə Tibb Qurumuna aparılıb. Qəza səbəbindən magistralda nəqliyyatın hərəkəti bir müddət tək zolaqla məhdudlaşdırılıb.
Materiallar karayolları qrupları tərəfindən daşındıqdan sonra təmizlənən yol yenidən trafikə açılıb.