Türkiyədə – Kahramanmaraşda zəlzələdən zərər çəkmiş vilayətlərdə 300 min 809 çadırın quraşdırılması işləri tamamlanıb.
Bu barədə İnterpress.az yerli mediaya istindn xəbər verir.
Bildirilib ki, zəlzələ qurbanlarının müvəqqəti sığınacaq ehtiyaclarını qarşılamaq üçün ilk andan başlayan çadırların daşınması fasiləsiz davam edir.
Belə ki, Hatayda 69 min 766, Kahramanmaraşda 66 min 685, Qaziantepdə 49 min 670, Adıyamanda 45 min 852, Malatyada 25 min 380, Adanada 17 min 515, Şanlıurfada 8 min, 838 min, Osmaniyedə 170, Diyarbəkirdə 6 min 328, Kilisdə 3 min 605 çadır qurulub.