Türkiyədə zəlzələ zonasında afterşokların sayı 13 000-i keçib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Bildirilib ki, Türkiyədə güclü zəlzələlərdən sonra afterşoklar davam edir.
Zəlzələlərin baş verdiyi fevralın 6-dan indiyədək 13 753 afterşok qeydə alınıb.