Türkiyədə zəlzələdə dağılan binalarla bağlı 236 nəfər həbs edilibbackend

Türkiyədə zəlzələdə dağılan binalarla bağlı 236 nəfər həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə zəlzələlərdən zərər çəkmiş vilayətlərdə dağılan binalarla bağlı aparılan araşdırmalar çərçivəsində 236 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Təhlükəsizlik qaydalarının pozuntusu aşkar edilən tikililərlə bağlı Baş prokurorluqlar tərəfindən vəzifəli şəkildə başladılan araşdırmalarla ümumilikdə 957 nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb edilib.

Həbs edilən şübhəlilərdən 236-sı həbs edilib, 330 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib. Bundan əlavə, 181 şübhəli barəsində həbs, 89 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib.