Türkiyədən gətirilən bahalı çanta MÜSADİRƏ OLUNDU – Sərnişin 20 min manat CƏRİMƏLƏNDİbackend

Türkiyədən gətirilən bahalı çanta MÜSADİRƏ OLUNDU – Sərnişin 20 min manat CƏRİMƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı turist qadın Türkiyədən bəyan edilməmiş “Hermes” çantası gətirdiyinə görə yüksək məbləğdə cərimələnib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın gömrük orqanları Türkiyədən bəyan edilməmiş lüks marka “Hermes” çantasını ölkəyə keçirməyə çalışan 24 yaşlı Rusiya vətəndaşını külli miqdarda cərimələyib.

Məlumata görə, qadın sərnişinin əl yükündə dəyəri təxminən 3 milyon rubl (təxminən 70 500 manat) olan lüks çanta aşkar edilib.

Gömrük müayinəsi zamanı onun əşyaları arasından markanın xüsusi qutusunda yerləşən “Hermes Birkin Black Togo Palladium Hardware” modeli çıxıb.

Sərnişin qadın lüks çantanı bir tanışından hədiyyə aldığını və onun rəsmi şəkildə gömrükdə bəyan edilməli olduğunu bilmədiyini iddia edib.

Lakin qanunvericiliyin tələblərinə əsasən, dəyərli lüks çanta gömrük əməkdaşları tərəfindən müsadirə edilib və qaydaları pozan sərnişinə qarşı inzibati protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə qadına 861 min rubl (təxminən 20 300 manat) məbləğində ciddi pul cəriməsi tətbiq edilib.

Gömrük rəsmiləri vətəndaşlara xarici ölkələrdən gətirilən bahalı brend məhsulların mütləq şəkildə bəyan edilməli olduğunu bir daha xatırladırlar.

Xuraman Etibarlı

İnterpress.az