Türkiyəli jurnalist: “Neftçi” qapalı qutudur”backend

Türkiyəli jurnalist: “Neftçi” qapalı qutudur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Fanatik” qəzetinin jurnalisti Mətin Karabaş “Qalatasaray”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə oyunundakı start heyətini açıqlayıb.

O, “Vole” “YouTube” səhifəsində “Neftçi” barədə danışarkən bu komandanı “qapalı qutu” adlandırıb:

“Qalatasaray”ın hazırkı heyəti “Neftçi”ninkindən daha üstündür. Amma mərhələnin tək matçdan ibarət olması və qarşılaşmanın səfərdə oynanılması sürprizə səbəb ola bilər. “Neftçi” hazırda “Qalatasaray” üçün qapalı qutudur”.

O daha sonra “Neftçi” önünə çıxa biləcək ehtimal olunan start heyəti açıqlayıb. Onun sözlərinə görə, “Qalatasaray” 4-2-3-1 taktiki düzülüşündən istifadə edəcək:

Fatih Öztürk – Ömər Əlabdellaui, Kristian Luyindama, Markao Teyşeyra, Marselo Sarakki – Rayan Donk, Ömər Bayram – Arda Turan, Əmrə Kılınç, Yunes Belhanda – Mbay Dian.

 

İnterpress.az