Türkiyəli mütəxəssis Dortmund “Borussiya”sına RƏHBƏRLİK EDƏCƏKbackend

Türkiyəli mütəxəssis Dortmund “Borussiya”sına RƏHBƏRLİK EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli mütəxəssis Dortmund “Borussiya”sına rəhbərlik edə bilər.

interpress.az xəbər verir ki, bu barədə “Sky Germany” məlumat yayıb. Bildirilir ki, 35 yaşlı türkiyəli məşqçi Nuri Şahin Edin Terziçin gedişindən sonra Dortmund “Borussiya”sına rəhbərlik edəcək.

Mənbə iddia edir ki, Almaniya yığmasının baş məşqçi postuna əsas namizəd Terziçin keçmiş köməkçisi Nuri Şahindir.

Qeyd edək ki, Şahin “Borussiya”nın yetirməsidir və 2005-2011, eləcə də 2013-2018-ci illərdə komandada çıxış edib.

2024-cü ilin əvvəlindən o, Terziçin məşqçilər korpusunda işləyib.

Xuraman Etibarlı

İnterpress.az