“Bu gün xalqımız övladlarımız, ailələrimiz, gələcəyimiz üçün qərar verəcək. Bu qərarın xeyirli olmasını arzu edirəm”.
“İnterpress.az” xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bekir Bozdağ Şanlıurfada prezident və parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkənin hər tərəfində seçkilərin demokratik şəraitdə keçəcəyinə əmindir: “Xalqımız iradəsini ortaya qoyacaq. Seçkilərin nəticəsinin Şanlıurfa, Türkiyə və millətimiz üçün xeyirli olmasını arzu edirəm”.